
Dopinqdə ilişmiş dünya çempionu İtaliya klubunda
- 12 İyl 2025 16:20
- 42
DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın "Padova" klubu ilə müqavilə imzalayıb.
Rekord.az B Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddəti iki illikdir.
Onun avqustun 19-dan sonra komanda ilə məşqlərə başlaya biləcəyi, buna qədər isə fərdi şəkildə hazırlaşacağı bildirilib.
Qeyd edək ki, hücumçu 2023-cü ilin payızında dopinq testindən keçə bilmədiyi üçün iki il müddətinə diskvalifikasiya olunmuşdu.