“Dişimiz”ə uyğun rəqiblərlə oyunlarda xallar qazanmağa çalışacağıq”
- 21:20
- 45
“Şəfa” bu gün Misli Premyer Liqasının 7-ci turunun son matçında “Turan Tovuz”u qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib.
Həşimov danışılası çox şeyin olmadığını bildirib:
“Danışılası çox şey yoxdur. Rəqibdən geri qalmırdıq. Sadəcə, ustalıq səviyyəsi çatmır ki, belə rəqiblərlə qarşılaşmalarda xallar qazanaq.
Qışla bağlı hələ rəhbərliklə danışığımız olmayıq. Ustalıq səviyyəsi dedikdə, rəqibin oyunçularının keyfiyyətini nəzərdə tuturam.
Püşk elə gətirib ki, oynadığımız 7 matçdan 5-i çempionluğa oynayan komandalara qarşı idi. Amma artıq düşünürəm ki, “dişimiz”ə uyğun rəqiblər gəlir. Onlarla qarşılaşmalarda xallar qazanmağa çalışacağıq”.