“Yuventus”un futbolçusu Paulo Dibala zədələnib.
 
Rekord.az xəbər verir ki, argentinalı oyunçunun sağ ayaq əzələsində zədə aşkarlanıb.

Bu səbəbdən 27 yaşlı hücumçu “Yuventus”un şənbə günü “Çezena”ya qarşı keçirəcəyi yoxlama matçını buraxacaq. Dibalanın yaşıl meydanlara qayıdacağı vaxt isə hələlik məlum deyil.

Qeyd edək ki, Dibala 2015-ci ildən Turin təmsilçisində oynayır.