Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə "Demo team" (nümunəvi çıxış komandası) üçün açıq məşq keçirilib.


Bu barədə Rekord.az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.


Məşqin əsas məqsədi nümunəvi çıxış qrupu üçün perspektivli və istedadlı idmançıların seçilməsi olub.


"Demo team" üzrə baş məşqçi Etibar İbrahimovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində 30-dək idmançı iştirak edib.