“Napoli”nin yeni transferi olan yarımmüdafiəçi Kevin de Bruyne İtaliya klubunda forma nömrəsinə qərar verib.


Rekord.az xəbər verir ki, belçikalı futbolçu yeni komandasında 11 nömrə altında çıxış edəcək.


De Bruyne bu yay azad agent kimi “Napoli”yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Yarımmüdafiəçinin əvvəlki klubu “Mançester Siti” olub.