DÇ: Millimiz ilk matçında məğlub oldu
- 07 Okt 2024 19:15
- 118
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk matçında məğlub olub.
Rekord.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Serbiyanın U-23 yığması ilə qarşılaşıb.
Görüş Serbiya komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.