
ÇL: Əliyevli “Eqnatiya” mübarizəni dayandırdı
- 01:24
- 46
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 12 matç keçirilib.
Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi Albaniya çempionu “Eqnatiya” ilk oyunda 1:0 hesabıyla məğlub etdiyi “Breydablik”ə İslandiyada 5 cavabsız qolla uduzub. Zamiq bu oyunun 43-cü dəqiqəsində, hesab 0:4 olarkən buraxılıb.
Mərhələnin qalan 2 oyunu sabah keçiriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) də üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
15 iyul
Kayrat (Qazaxıstan) - Olimpiya (Sloveniya) 2:0
İlk oyun: 1:1
Linkoln (Cəbəllütariq) - Vikinqur (Farer adaları) 1:0
İlk oyun: 3:2
Hamrun (Malta) - Jalgiris (Litva) 2:0 (penaltilər - 11:10)
İlk oyun: 0:2
Malmö (İsveç) - İberiya (Gürcüstan) 3:1
İlk oyun: 3:1
Milsami (Moldova) - KuPS (Finlandiya) 0:0
İlk oyun: 0:1
RFS (Latviya) - Levadiya (Estoniya) 1:0
İlk oyun: 1:0
Differdanj (Lüksemburq) - Drita (Kosovo) 2:3
İlk oyun: 0:1
Şkendiya (Şimali Makedoniya) - TNS (Uels) 2:1
İlk oyun: 0:0
İnter (Andorra) - Styaua (Rumıniya) 2:1
İlk oyun: 1:3
Breydablik (İslandiya) - Eqnatiya (Albaniya) 5:0
İlk oyun: 0:1
Buduçnost (Monteneqro) - Noa (Ermənistan) 2:2
İlk oyun: 0:1
Zrinski (Bosniya və Herseqovina) - Virtus (San Marino) 2:1
İlk oyun: 2:0