
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü
- 21 İyl 2025 17:00
- 48
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, həmin mərhələdə aşağıdakı cütlüklüklər üz-üzə gələcək:
Çempionlar Yolu
RFS (Latviya)/Malmö FF (İsveç) cütünün qalibi - "Kopenhagen" (Danimarka)/"Drita" (Kosovo) cütünün qalibi
"KuPS Kuopio" (Finlandiya)/"Kayrat" (Qazaxıstan) - "Slovan" (Bratislava, Slovakiya)/ "Zrinjski Mostar" (Bosniya və Herseqovina)
"Şkendiya" (Şimali Makedoniya)/FCSB (Rumıniya) - "Şelbrun" (İrlandiya)/"Qarabağ" (Azərbaycan)
"Lex" (Polşa)/"Breidablik" (İslandiya) - "Linkoln" (Cəbəllütariq)/"Srvena Zvezda" (Serbiya)
"Riyeka" (Xorvatiya)/"Ludoqorets" (Bolqarıstan) - "Noa" (Ermənistan)/"Ferensvaroş" TC (Macarıstan)
"Hamrun" (Malta)/"Dinamo" (Ukrayna) - "Pafos" (Kipr)/"Makkabi" (Tel-Əviv, İsrail)
Liqa Yolu
"Brann" (Norveç)/"Zalzburq" (Avstriya) - "Brügge" (Belçika)
"Reyncers"(Şotlandiya)/"Panatinaikos" (Yunanıstan) - "Viktoria Plzen" (Çexiya)/"Servette" (İsveçrə)
"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)
"Feyenoord (Niderland)" - "Fənərbaxça" (Türkiyə)
3-cü mərhələnin ilk oyunları 5/6 avqust, cavab matçları 12 avqust tarixlərində keçiriləcək.