“Sabah” iyulun 10-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Çelye” komandasını qəbul edəcək.


Rekord.az xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək oyundan iki gün əvvəl Masazır təmsilçisinin yeni baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Konfransa komandanın qapıçısı Stas Pokatilov da qatılıb:


“Biz bu oyunu səbirsizliklə gözləyirik. Rəqibin gücünü bilirk, zəif-üstün cəhətlərini öyrənirik. Bu oyunu səbirsizliklə gözləyirik. Və deyərdim ki, artıq biz bu oyuna hazırıq.


Əvvəlki məşqçi heyətimizə təşəkkür etmək istəyirəm. Çünkü onlarla tarix yazdıq. Amma yeni məşqçimizin də oyun tərzini çox bəyənirəm. Bir qapıçıdan nə istədiyini bilir. Və mən yenə də demək istəyirəm ki, biz bu oyuna tam hazırıq”.


Tərəflər arasında cavab matçı iyulun 17-də, saat 22:00-da start götürəcək.