
“Çelsi” – dünyanın ən güclü klubu!
- 01:21
- 37
Amerika Birləşmiş Ştatlarında keçirilən klublararası dünya çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda baş tutmuş həlledici qarşılaşmada İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları üz-üzə gəliblər.
"Çelsi" ilk hissədə vurduğu 3 qol sayəsində rəqibinə böyük hesabla qalib gəlib – 3:0. Koul Palmerin dubla imza atdığı oyunda digər qolu onun məhsuldar ötürməsindən sonra Juan Pedro vurub.
Xatırladaq ki, PSJ son mövsümdə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.