Cəbrayılda futbol turniri keçirilib
- 11:00
- 36
"4 Oktyabr – Cəbrayıl Şəhəri Günü"nə həsr olunan minifutbol üzrə turnir təşkil olunub.
Rekord.az xəbər verir ki, turnir 1-2 oktyabr tarixlərində Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin Cəbrayıl rayon sektorlarının birgə təşkilatçılığı ilə şəhər Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbin idman meydançasında 5-7-ci sinif şagirdləri (oğlanlar) arasında keçirilib.
Turnirdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Cəbrayıl rayon məktəblərinin komandaları iştirak edib.
Yarışın açılış və mükafatlandırma mərasimlərində Gənclər və idman sektorunun müdiri Emil Məstəliyev iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən:
1-ci yer – Horovlu kənd tam orta ümumtəhsil məktəbi
2-ci yer – M. Mehdizadə adına tam orta ümumtəhsil məktəbi
3-cü yer – N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta ümumtəhsil məktəbi
Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif olunublar.