Millimizin sabiq üzvü Cavid İmamverdiyev rəsmən məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, İmamverdiyev bundan sonra "Ağsu Siti" komandasının baş məşqçisi kimi də fəaliyyət göstərəcək.

O, artıq "Region Liqası" üçün heyət yığmağa başlayıb. Veteran futbolçu paralel olaraq, II Liqada mübarizə aparan "Ağstafa Gəncləri"ndə də futbolçu kimi çıxışını davam etdirəcək.