"Parma"nın yeni transferi Canluici Buffon "Barselona"nın təklifini rədd etməsinin səbəbi haqda danışıb.

Rekord.az "Sky Sport"a istinadən xəbər verir ki, 43 yaşlı qolkiper əsas heyətdə çıxış etmək və daha çox oyun şansı almaq üçün belə bir addım atdığını deyib:

"İki yaxşı təklifim var idi, amma yenə ehtiyat oyunçular skamyasında olmaq istəmədim. İkinci olmaqdan bezdim. Bunu "Yuventus"da kluba olan sevgimə görə edirdim. Orada çoxlu hisslər yaşadım. Son qərar isə yüksək səviyyədə oynamağa davam etməyin yeganə yolu emosiyaları saxlamaq idi.

Bilirdim ki, "Parma" mənə başqa heç bir komandanın verə bilməyəcəyini verəcək. Özümü burada yaxşı hiss edirəm. Bura çox sevdiyim bir yerdir".

Qeyd edək ki, Buffon iyunun 17-də İtaliya klubu ilə müqavilə bağlayıb.