Bu rayonda üzməyi öyrənirlər
- 19:30
- 27
Balakən rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsinin final mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, final mərhələsi 24 may 2026-cı il tarixində Balakən Olimpiya İdman Kompleksində keçirilmişdir.
Bir ay davam edən üzgüçülük məşğələlərində seçilmiş məktəbin 1-8-ci sinif şagirdləri iştirak etmişdir. Layihənin qaliblərinə və iştirakçılarına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının diplom və sertifikatları təqdim olunmuşdur.