“Kəpəz”in baş məşqçisi Adil Şükürov "Şamaxı" ilə oyunla bağlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.


Futbolinfo.az xəbər verir ki, o, 1:6 hesablı məğlubiyyəti belə şərh edib:


"Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq".