
“Borussiya”dan Niderland klubuna
- 17 İyl 2025 16:45
- 46
PSV "Borussiya"nın (Münhenqladbax) hücumçusu Alassan Pleanı transfer edib.
Rekord.az xəbər verir ki, 32 yaşlı fransalı Eyndhoven təmsilçisi ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Bu keçid PSV-yə 3 milyon avroya başa gəlib.
Plea ötən mövsüm Almaniya Bundesliqası və kubokunda 32 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.