Beyləqanda sərbəst güləş üzrə turnir
- 27 Noy 2025 23:45
- 28
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Zəfər Günü" nə həsr olunmuş Sərbəst güləş üzrə idman növü üzrə turnir keçirilmişdir.
Rekord.az xəbər verir ki, birinciliyin əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, idmançıların yarış təcrübəsini artırmaq, həmçinin idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Birinciliyin yekununda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.