"Şelburn"un (İrlandiya) kapitanı Patrik Barrett UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində evdə "Qarabağ"a uduzduqları görüş (0:3) haqda danışıb.


Rekord.az “The Irish Sun”a istinadən xəbər verir ki, irlandiyalı müdafiəçi oyunun sonlarına yaxın bərabərlik qolunu axtarmaq əvəzinə, hesabın daha da artmasının qarşısını almağın vacibliyini vurğulayıb:


“Fasilədə hələ də oyunu dəyişə biləcəyimiz haqda danışdıq. Qapımıza vurulan qol çox üzücü idi, amma hücumda keyfiyyətli oyunçularımızın olduğunu bilirdik. İkinci hissədə enerjimizi artırdıq və rəqibə təzyiq göstərmək istədik. Amma oyuna nəzarət etmək və mənasız qollar buraxmamaq lazım idi”.


Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.