Bədavi Hüseynov: "Litva ilə cavab oyunu qrupda həlledici olacaq"
- 13:00
- 33
Azərbaycan millisinin kapitanı Bədavi Hüseynov Millətlər Liqasının Litva ilə 1:1 başa çatan səfər matçından sonra fikirlərini bölüşüb.
Rekord.az-a eksklüziv açıqlamasında o, öncə oyunla bağlı danışdı: "Bilirdik ki, çətin olacaq. Çünki Litva çətin, möhkəm komandadı. İlk dəqiqələrdə çətin olacağını gözləyirdik. Təəssüf ki, erkən qol buraxdıq. Amma yaxşı ki, erkən toparlandıq və hesabı bərabərləşdirdik. Qələbə qolunu da vura bilərdik. Abdullanın yaxşı imkanı oldu. Mahirin də həmçinin. Təəssüf ki, fərqlənə bilmədik. Əlbəttə, qələbə daha yaxşı olardı. Amma uduzmadığımız üçün də şadıq. Artıq Lixtenşteynlə oyuna hazırlaşacayıq. Hədəfimiz qələbədi. Litva ilə cavab oyunu isə həlledici olacaq".
Hüseynov qapımıza təyin olunan penalti epizodu haqda isə bunu deyib: "Epizodu görmədim, amma Emil dedi ki, əslində rəqib onun ayağını tapdalayıb. Nə deyim, 50/50-ə epizod idi. Hakimin qərarı fərqli oldu. Hətta VAR-a da baxılmadı".