
“Bayern”dən qapıçısı ilə yeni müqavilə
- 29 İyl 2025 16:00
- 48
"Bayern" qapıçısı Sven Ulrayxla müqvilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı qapıçı ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Ulrayx 2015-ci ildə "Ştutqart"dan "Bayern"ə keçib. O, indiyədək Münhen təmsilçisinin heyətində 103 oyuna çıxıb. Almaniyalı qolkiper 9 dəfə Bundesliqanın, 3 dəfə Almaniya kubokunun, 6 dəfə ölkə Superkubokunun, hərəsi 1 dəfə olmaqla Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.