Futbol üzrə Almaniya kuboku çərçivəsində keçirilməli olan “Bremer” – “Bavariya” oyunu ləğv olunub.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının qeydə alınması səbəb göstərilib.

Qeyd edək ki, qarşılaşmanın avqustun 6-da keçirilməsi nəzərdə tutulmuşdu.