Futbol üzrə Almaniya yığmasının və “Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabridə koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 25 yaşlı futbolçunun koronavirus testinin müsbət nəticə verdiyi və evdə karantinə alındığı diqqətə çatdırılıb.

Bu mövsüm Bundesliqada 4 matça çıxan Qnabri, 3 qola imza atıb.