Futbol üzrə Polşa yığmasının və Almaniyanın “Bavariya” klubunun zədəli hücumçusu Robert Levandovski artıq sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, polşalı hücumçunun artıq fərdi məşqlərə başladığı diqqətə çatdırılıb. Onun dəqiq nə vaxt sıraya dönəcəyi isə bilinmir. Təcrübəli hücumçunun sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransa çempionu PSJ-yə qarşı keçirəcəyi oyunda komandasına kömək edə bilməyəcəyi dəqiqdir.

Xatırladaq ki, Levandovski mart ayında Polşa milli komandasının Andorraya qarşı keçirdiyi oyunda (3:0) zədələnmişdi.