“Baku Open” turniri keçiriləcək
- 14:45
- 30
Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan "Baku Open" turniri keçiriləcək.
Bu barədə Rekord.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Yarış "Şüa" İdman Kompleksində təşkil olunacaq.
Turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər çıxış edəcəklər.
Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. Aprelin 4-5-i və 11-12-də keçiriləcək yarışın mükafat fondu 3 000 manat olacaq.