Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq.


Rekord.az Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir ki, yarışda iştirak edəcək komandalar da müəyyənlşib.


Turnirdə 6 kollektiv mübarizə aparacaq.


Bunlar "Dirçəliş", "Yasamal-Baku Football Academy", "Çinar Zəngilan", "Rekord Klub 2019", "Marafon İdman Klubu 2015" və VTB komandalarıdır.


Super Liqa iyulun 11-15-i aralığında baş tutacaq.