Bakıda Avropa Kubokuna start verildi
- 13:30
- 28
Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna bu gün start verilib.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 12:00-da başlayıb.
İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər.
Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edəcəklər.
Avropa Kuboku mayın 3-də başa çatacaq.