"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı başladı
- 10:15
- 40
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı başlayıb.
"Rekord.az" xəbər verir ki, ilk mərhələ Sea Breeze-dən start götürüb. Bu mərhələnin finişi Sumqayıtda olacaq.
Ümumilikdə isə turnir beş mərhələdən ibarət olacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 4 qitəsindən, 20 ölkəni təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı
10 may
I mərhələ: "Sea Breeze"dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)
11 may
II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)
12 may
III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)
13 may
IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)
14 may
V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)