Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək
- 16:30
- 37
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə Rekord.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bu zaman "Koroğlu" stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək; qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək; oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq; Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
"Metro ilə yanaşı, stadiona M4 və M6 ekspres marşrutları ilə rahat gedə bilərsiniz. Xüsusi ayrılmış avtobuslar isə "Gənclik" və "Qara Qarayev" stansiyalarının yaxınlığından gediş-gəlişi təmin edəcək", - deyə açıqlamada qeyd olunub.