Azərbaycanın paragüllə atıcısı Aybəniz Babayeva Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən qran-pridə gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P2) 220.8 xalla gümüş medala sahib çıxıb.


Azərbaycanın digər paragüllə atıcısı Kamran Zeynalov da yarışı gümüş medalla başa vurub. Təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 233.1 xalla gümüş medal əldə edib.