AzVİF və AHİİTA arasında Memorandum imzalandı
- 15:00
- 29
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında Memorandum imzalanıb.
Rekord.az xəbər verir ki, memorandumu AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev imzalayıblar.
Memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növlərinin ölkə üzrə təşviqi, idman strukturlarından və qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin təşkili və digər məsələlər əksini tapıb.