
Azərbaycanlı referi AKF Hakimlər Komitəsinə üzv seçildi
- 13 May 2025 21:00
- 30
Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.
Rekord.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu komitədə cəmi 7 üzv təmsil olunur və onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.