Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Vilyarreal” matçına yollanan azərbaycanlı  jurnalistlər işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan ölkəmizə dəstəyini göstərən Türkiyəyə öz minnətdarlığını çatdırıb.

Rekord.az xəbər verir ki, oyundan öncə arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.