Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.


Rekord.az xəbər verir ki, referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.


Onlar Bosniya və Herseqovinanın "İzvidaç" və Çexiyanın "Karvina" komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.


Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.