
Azərbaycanlı futbolçunun klubu baş məşqçi ilə vidalaşdı
- 25 İyl 2025 16:00
- 52
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” baş məşqçisi ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.
O, son olaraq komandanı Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Nomme Kalyu”(1:1, 0:1) ilə oyununa çıxarmışdı.
“Partizani” cavab görüşündə evdə rəqibinə uduzaraq, avrokuboklardan kənar qalmışdı.
Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib.