Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu - XXVI turun rəmzi komandasına seçilib.


Rekord.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.


"Zenit"in formasını geyinən müdafiəçi ÇSKA ilə matçdan (0:1) sonra fərqləndirilib.


O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.


Qeyd edək ki, "Zenit" 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. Müdafiəçi, daha əvvəl X, XIII və XVII turlarda da həftənin rəmzi "11-liy"ində yer alıb.