Azərbaycanın gənclərdən ibarət yığmasının və "Keşlə”nin sabiq yarımmüdafiəçisi Fuad Bayramov Polşanın "Ostroveç-Sventokşiski” klubu ilə yolları ayırıb.

Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu sportinfo.az-a alubundan öz istəyilə ayrıldığını bildirib.

Səbəb Bayramovun daha yüksək liqalarada oynamaq istəyidir. Göstərdiyi oyunla diqqətləri üzərinə cəlb etməyi bacaran futbolçumuza menecerlər bir neçə daha yüksək liqaların klublarından dəvət olduğunu bildiriblər.

Təcrübəli yarımmüdafiəçi yaxın günlərdə öz qərarını verəcək.

Qeyd edək ki, "Ostroveç-Sventokşiski” Polşa çempionatının səviyyəcə dördüncü liqasında (III Liqa, 4-cü qrup) mübarizə aparır. Fuad Bayramov fevral ayından aşağı liqa təmsilçisində çıxış edirdi. O, meydana çıxdığı 11 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

Xatırladaq ki, Fuad Bayramov karyerasının böyük hissəsini "Keşlə”də keçirib. O, 2019-cu ildə Gürcüstanın "Rustavi” klubunda da qısa müddət çıxış edib.