
Azərbaycanın Olimpiya mükafatçısı Polşada çempion oldu
- 20:00
- 41
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan azərbaycanlı sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) Polşada keçirilən turnirdə qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, o, Varşavada Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Meşvildişvili ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib.