Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb.


Rekord.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.


Bu gün yığmanın 2 üzvü xalça üzərinə çıxıb.


Elnurə Məmmədova (50 kq) kanadalı Keti Dutçaka tam üstünlüklə (15:4) qalib gəlsə də, 1/4 finalda hindistanlı Nilam Nilama (2:12), təsəlliverici görüşdə isə polşalı Aqata Qoluşovskayaya (2:12) məğlub olub. Onunla eyni çəkidə çıxış edən Əsmər Cankurtaran 1/8 finalda italiyalı Emanuela Liutsiyə uduzub – 3:14.


Xatırladaq ki, qarşıdakı günlərdə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.