
Azərbaycanı Zəfər Kubokunda təmsil edəcək güləşçilər bəlli oldu
- 16:20
- 39
Azərbaycanı Türkiyənin Antalya şəhərində 17 yaşadək güləşçilər arasında keçiriləcək Zəfər Kubokunda təmsil edəcək idmançılar müəyyənləşib.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ənənəvi yarışda qızlardan ibarət komanda mübarizə aparacaq.
Turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) qüvvələrini sınayacaqlar.
Zəfər Kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.
Sabah startı veriləcək yarış üç gün davam edəcək.