Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
- 14:20
- 28
İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya Seriyasının növbəti mərhələsi start götürür.
Rekord.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, martın 19-dan 22-nə qədər davam edəcək yarışda Azərbaycanı üç idmançı təmsil edəcək.
S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov medallar uğrunda mübarizə aparacaqlar.
Paralimpiyaçılarımız yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi altında qatılıblar.