Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.


Rekord.az Palataya istinadən xəbər verir ki, iclasda qurumun auditoru Vəfa Mütəllimova 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələrini təqdim edib.


Müzakirələrdə nazirliyin şöbə müdirləri və digər məsul şəxslər iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Palatanın təklif və tövsiyələri nəzərə alınacaq.


Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsi barədə qərar qəbul olunub.


2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.


İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.