Azərbaycan velosipedçisi Məryəm Hüseynova Astanada keçirilən Qazaxıstanın açıq çempionatında bürünc medal qazanıb.


Rekord.az xəbər verir ki, trek velosipedi yığmamızın üzvü 2009-2010-cu il təvəllüdlü 38 idmançının omnuim yarışında 200 metr məsafəyə sprint üzrə mübarizəsində 3-cü olub.


Eyni yaş kateqoriyasında çıxış edən digər təmsilçimiz Çingiz İsayev isə 40 iştirakçı arasında 4-cü yeri tutub.