Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatında ilk oyun baş tutub. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matçda komandamızın ən məhsuldar oyunçusu Yelizaveta Ruban olub. Hücumçumuz rəqibi 25 dəfə məyus edib. 

Komandamızdan Polina Rəhimova 22, Marqarita Stepanenko 14, Mariya Kirilyuk 9, Ayşən Abduləzimova 7, Kristina Besman isə 5 xal qazanıblar.