
Azərbaycan paraüzgüçüsü Fransadakı yarışda finala yüksəldi
- 02 May 2025 17:00
- 56
Azərbaycan idmançısı Əli Vəliyev Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala yüksəlib.
Rekord.az bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.
Paralimpiyaçı 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 1,58 saniyə nəticə göstərib.