Azərbaycan nümayəndə heyəti Olimpiadaya bu tarixdə yollanacaq
- 14:30
- 25
Azərbaycan nümayəndə heyətinin İtaliyada keçiriləcək XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev açıqlama verib.
Onun sözlərinə görə, nümayəndə heyəti fevralın 5-də sözügedən ölkəyə yola düşəcək.
Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq. (Report)
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçiriləcək XXV Qış Olimpiya Oyunları sabah körlinq yarışı ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da, bağlanış isə 22-də gerçəkləşəcək.
Azərbaycanı dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə Vladimir Litvintsev təmsil edəcəklər. Fiqurlu konkisürmədə mübarizəyə fevralın 6-da start veriləcək, dağ xizəyi yarışları isə bir gün sonra başlayacaq.