Xəbər verdiyimiz kimi, U-21 millimizin üzvü Emre Kaplan yığmamızda oynamaqdan imtina edib.

Rekord.az xəbər verir ki, 20 yaşlı türkiyəli müdafiəçi bu barədə instaqram hesabında paylaşım edib.

O, artıq beynəlxalq arenalarda Türkiyəni təmsil etmək istədiyini bildirib. Emre Azərbaycan yığmasından imtina etməzdən öncə Türkiyə Futbol Federasiyasının (TFF) menecer qrupu ilə görüşüb. TFF-nin təmsilçiləri onu Şenol Günəşin diqqət mərkəzində olması barədə məlumatlandırıb.

Müdafiəçiyə bildirilib ki, o, hələ 1 il öncə əsas millinin baş məşqçisinin maraq dairəsinə düşüb. Günəş onunla bağlı hazırlanmış raportu nəzərdən keçirib və yaxın gələcəkdə sərəncamında görmək istədiyini söyləyib.