Azərbaycanın "Ocaq Sport" buz üstü hokkey komandası Dubayda keçirilən beynəlxalq "Galaxy Cup" turnirində uğurlu çıxış edib.


Rekord.az xəbər verir ki, təmsilçimiz 6 komanda arasında 3-cü yerin sahibi olub.


İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandanın qapıçısı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.