
Azərbaycan idmançısından Rusiyada bürünc medal
- 18 İyn 2025 18:30
- 39
Azərbaycanın xizəkdə tramplindən tullanma üzrə idmançısı Zahir Cəfərov Rusiyanın Nijni Novqorod şəhərində keçirilmiş yarışda bürünc medal qazanıb.
Rekord.az bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Cəfərov 50 idmançı arasında 3-cü yerə sahib çıxıb.