Azərbaycan güləşçilərindən İslamiadanın son günündə 4 medal
- 18:30
- 28
Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarının son günündə 4 medal qazanıblar.
Rekord.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçisi Ağanəzər Novruzov (74 kq) gümüş medal qazanıb.
O, finalda İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Üçüncü yer uğrunda misirli Abdelrahman Şeyatana 5:0 hesabı ilə qalib gələn təmsilçimiz bürünc mükafatı hesabına yazdırıb.
Maqomedxan Maqomedov (97 kq) da bürünc medal qazanıb. Onun bəhreynli rəqibi Əhməd Tajudinov üçüncü yer uğrunda görüşə çıxmayıb.
Arseniy Djioyev (86 kq) isə çempion olub. Milli üzvü finalda Xıdır Saypudinova (Bəhreyn) qalib gəlib. Görüş Azərbaycan güləşçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.