Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında günü 3 medalla başa vurublar.


Rekord.az xəbər verir ki, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.


Son olaraq bürünc medal uğrunda keçirilən görüşdə qadınlar arasında Nigar Mirzəzadə (68 kq) rəqiblərini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada uğursuz çıxış edib.


Beləliklə güləşçilərimiz günü 2 gümüş, 1 bürünc medalla bitiriblər.